"Qarabağ"ın sabiq qapıçısı karyerasını bitirib

"Qarabağ"ın sabiq qapıçısı karyerasını bitirib "Qarabağ"ın və İslandiya millisinin sabiq qapıçısı Hannes Halldorsson karyerasını bitirib.
Futbol
16 Mart , 2022 16:29
Qarabağın sabiq qapıçısı karyerasını bitirib

"Qarabağ"ın və İslandiya millisinin sabiq qapıçısı Hannes Halldorsson karyerasını bitirib.

"Report"un məlumatına görə, 38 yaşlı qolkiper bu barədə tviter hesabında paylaşım edib.

Halldorsson 31 il futbolla məşğul olduğunu xatırladıb. Qapıçı karyerası ərzində ona dəstək olan ailəsinə, sabiq komanda yoldaşlarına və məşqçilərinə təşəkkürünü bildirib.

Təcrübəli oyunçu son olaraq ölkəsində "Valur"un formasını geyinib.

Qeyd edək ki, Hannes Halldorsson 2019/2020 mövsümündə "Qarabağ"da çıxış edib.

Son xəbərlər

Orphus sistemi