"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça" ilə razılıq əldə etdi

"Qarabağ"ın sabiq qapıçısı "Fənərbağça" ilə razılıq əldə etdi Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.
Futbol
662
13 Avqust , 2020 09:08
Qarabağın sabiq qapıçısı Fənərbağça ilə razılıq əldə etdi
Asmir Beqoviç

Türkiyənin "Fənərbağça" klubu İngiltərə təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçlə razılıq əldə edib.

"Report" "Turkiye gazetesi" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper İstanbul təmsilçisində əsas heyət üzvü olacaq.

"Fənərbağça" transfer üçün Premyer Liqa ilə vidalaşan "Bornmut"la da ilkin razılığa gəlib.

Qeyd edək ki, Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. O, qış transfer dönəmində eyni statusla İtaliya "Milan"ına keçib.

Orphus sistemi