"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Qazaxıstanın "Aktobe" klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo Qazaxıstanın "Aktobe" klubuna keçib O, bu ilin əvvəlindən klubsuz qalmışdı
Futbol
22 Fevral , 2018 01:39
Qarabağın sabiq futbolçusu Reynaldo Qazaxıstanın Aktobe klubuna keçib

Bakı. 22 fevral. REPORT.AZ/ Ağdamın "Qarabağ" klubunun sabiq braziliyalı hücumçusu Reynaldo da Silva Qazaxıstanın "Aktobe" kollektivi ilə müqavilə imzalayıb.

“Report” xəbər verir ki, müqavilə iki il müddətinə nəzərdə tutulub.

Mövsümün ilk yarısının böyük hissəsini klubsuz qalan Reynaldo bu qış Slovakiyanın "Spartak" (Trnava) komandası ilə müqavilə imzalayıb. Lakin bir aydan da az vaxt keçməmiş braziliyalı futbolçu yenidən klubsuz qalıb.

O, 2013-2016-cı illər mövsümündə "Qarabağ"ın şərəfini qoruyub. Reynaldo Ağdam klubunda 89 oyuna 47 qol vurub, 16 məhsuldar ötürmə edib. Forvard Azərbaycan komandasının heyətində ölkə çempionatı və kubokunun qalibi olub. Futbolçu ötən il Türkiyənin "Adanaspor" klubuna keçib, lakin heyətdə möhkəmlənə bilməyib. Reynaldo türk komandasında 9 oyun keçirib, qol vurmayıb və 2 məhsuldar ötürmə edib. 

Son xəbərlər

Orphus sistemi