"Qarabağ"ın sabiq futbolçusu qızıl medalını almaq üçün Bakıya dönüb

"Qarabağ"ın sabiq futbolçusu qızıl medalını almaq üçün Bakıya dönüb Bu ilin martında Qarabağdan ayrılaraq ABŞ-ın Nyu-York Kosmos komandasına keçən Ansi Aqolli Bakıya dönüb.
Futbol
11 May , 2019 17:33
Qarabağın sabiq futbolçusu qızıl medalını almaq üçün Bakıya dönüb

Bu ilin martında "Qarabağ"dan ayrılaraq ABŞ-ın "Nyu-York Kosmos" komandasına keçən Ansi Aqolli Bakıya dönüb.

"Report" xəbər verir ki, albaniyalı müdafiəçi bu gün saat 18:00-da start götürəcək "Neftçi" - " Qarabağ" matçından sonra mükafatlandırma mərasiminə qatılacaq və qızıl medalını alacaq.

Ötən ay vətənində "Valür"lə müqavilə bağlayan Ağdam təmsilçisinin sabiq qapıçısı Hannes Halldorssonun medalı isə İslandiyaya göndəriləcək.

Qeyd edək ki, mövsümün başa çatmasına 1 tur qalsa da, "Qarabağ" qızıl, "Neftçi" gümüş, "Səbail" isə bürünc medalı təmin edib.

Son xəbərlər

Orphus sistemi