"Qarabağ"ın sabiq futbolçusu "Neftçi"yə vurduqları ilk qoldan danışdı

"Qarabağ"ın sabiq futbolçusu "Neftçi"yə vurduqları ilk qoldan danışdı "Qarabağ" klubu "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl maraqlı paylaşım edib
Futbol
12 Fevral , 2021 12:49
Qarabağın sabiq futbolçusu Neftçiyə vurduqları ilk qoldan danışdı
Zaur Qarayev

"Qarabağ" klubu "Neftçi"yə qarşı keçirəcəyi Azərbaycan Premyer Liqasının XV tur matçından əvvəl maraqlı paylaşım edib.

"Report" xəbər verir ki, Ağdam təmsilçisinin rəsmi feysbuk hesabındakı videoda ölkə çempionatında "Neftçi"yə qarşı ilk qolun müəllifi Zaur Qarayevin fikirləri yer alıb.

52 yaşlı keçmiş müdafiəçi həmin anları xatırlayıb: "Azərbaycan çempionatında "Qarabağ"ın "Neftçi"yə vurduğu ilk qolun müəllifiyəm. 1992-ci il sentyabrın 26-dakı oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi. Səttar Əliyevin ötürməsindən sonra qol vurdum. "Qarabağ" və "Neftçi" 80 dəfə qarşılaşıb. "Qarabağ" 30 qələbə qazanıb, 90 qol vurub. Bu gün hər şey fərqlidir. Dəyişməyən məkandır. 28 il 100 gün sonra komandalar Tofiq Bəhramov adına Respublika stadionunda yenidən qarşılaşır".

Qeyd edək ki, fevralın 13-də keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi