"Qarabağ"ın rəqibinin futbolçusu ciddi zədə alıb - VİDEO

"Qarabağ"ın rəqibinin futbolçusu ciddi zədə alıb - VİDEO Bakı. 9 noyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin Arsenal klubunun futbolçusu Denni Uelbek ciddi xəsarət alıb.
Futbol
9 Noyabr , 2018 11:04
Qarabağın rəqibinin futbolçusu ciddi zədə alıb - VİDEO

Bakı. 9 noyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçusu Denni Uelbek ciddi xəsarət alıb. 

"Report" xəbər verir ki, 27 yaşlı hücumçu Avroliqanın qrup mərhələsinin IV turunda evdə Portuqaliya "Sportinq"i ilə matçın 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında yerə yıxılan ingiltərəli oyunçunun topuğu qatlanıb. 

Hadisədən sonra həkimlər meydana daxil olub. Uelbekə oksigen maskası taxılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçunun ayağının sındığı ehtimal olunur.    

Qeyd edək ki, "Arsenal" - "Sportinq" matçı qolsuz bərabərliklə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi