"Qarabağ"ın rəqibinin futbolçusu ciddi zədə alıb - VİDEO
Futbol
- 09 noyabr, 2018
- 07:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 9 noyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi İngiltərənin "Arsenal" klubunun futbolçusu Denni Uelbek ciddi xəsarət alıb.
"Report" xəbər verir ki, 27 yaşlı hücumçu Avroliqanın qrup mərhələsinin IV turunda evdə Portuqaliya "Sportinq"i ilə matçın 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında yerə yıxılan ingiltərəli oyunçunun topuğu qatlanıb.
Hadisədən sonra həkimlər meydana daxil olub. Uelbekə oksigen maskası taxılıb və o, xəstəxanaya çatdırılıb. Futbolçunun ayağının sındığı ehtimal olunur.
Qeyd edək ki, "Arsenal" - "Sportinq" matçı qolsuz bərabərliklə başa çatıb.
"Qarabağ"ın rəqibinin futbolçusu ciddi zədə alıb - VİDEO
Son xəbərlər
14:49
İtaliya XİN rəhbəri Azərbaycana səfər edəcək - Eksklüziv
Xarici siyasət
14:47
Hörmüz boğazında tanker minaya düşdükdən sonra yanıb
Digər ölkələr
14:46
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
Fərdi
14:40
Foto
Ukraynadan Azərbaycana gətirilən yağda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq
14:40
Azərbaycanda ilk dəniz milli parkı yaradılır
ASK
14:40
Qarabağ Milli Parkındakı şirin sudan akvakultura üçün istifadə etmək mümkün olacaq
ASK
14:37
Türkiyədə tikintidə torpaq uçub, iki nəfər uçqun altında qalıb
Region
14:36
Kriştianu Ronaldu Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb
Futbol
14:35
Gəncə-Mingəçevir-Gəncə marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
İnfrastruktur