"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən Türkiyə "Sivasspor"unda koronavirusa yoluxan futbolçuların sayı artıb.
"Report"un məlumatına görə, bölgə təmsilçisində test nəticəsi müsbət olan oyunçuların sayı 5-ə çatıb. İndiyədək onların heç birinin adı açıqlanmayıb.
Sivas təmsilçisi sabah Türkiyə Super Liqasının 8-ci tur matçında "Fatih Karagümrük"un qonağı olacaq.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində IV turun "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.