"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi İspaniya "Vilyarreal"ı yeni transferini açıqlayıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Fransa "Şatoru"sunun futbolçusu Haissem Hassan komandaya cəlb edilib.
18 yaşlı fransalı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" I qrupda "Vilyarreal"la yanaşı, Türkiyə "Sivasspor"u və İsrail "Makkabi"si ilə mübarizə aparacaq.