"Qarabağ"ın rəqibi müdafiəçisini İtaliya klubuna icarəyə verib

"Qarabağ"ın rəqibi müdafiəçisini İtaliya klubuna icarəyə verib İtaliyanın Atalanta klubu UEFA Avropa Liqasında Qarabağla eyni qrupda yer alan İspaniya Sevilyasının futbolçusu Simon Kyeri heyətinə cəlb edib.
Futbol
2 Sentyabr , 2019 18:14
Qarabağın rəqibi müdafiəçisini İtaliya klubuna icarəyə verib

İtaliyanın "Atalanta" klubu UEFA Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Simon Kyeri heyətinə cəlb edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi bir il müddətinə icarəyə götürülüb. Danimarka millisinin kapitanı yeni komandasında 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Simon Kyer 2017-ci ildən "Sevilya"da çıxış edir. “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək. 

Orphus sistemi