"Qarabağ"ın rəqibi milyarderə satılıb

"Qarabağ"ın rəqibi milyarderə satılıb Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.
Futbol
19 Oktyabr , 2021 14:13
Qarabağın rəqibi milyarderə satılıb

Kiprin "Omoniya" klubu İngiltərədə yaşayan milyarder Con Xristoduluya satılıb.

"Report"un "Financial Mirror" nəşrinə istinadən məlumatına görə, kiprli biznesmen hazırkı investor Stavros Papastavruya 28 milyon avro ödəyib. Artıq bu barədə UEFA da məlumatlandırılıb.

Papastavru klubu 2018-ci ildə maliyyə böhranından xilas edib.

Qeyd edək ki, "Omoniya" UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. İki komanda arasında Kiprdə keçirilmiş görüş Azərbaycan təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. Yerli çempionatda isə "Omonniya" 7-ci yerdə gedir.

Son xəbərlər

Orphus sistemi