"Qarabağ"ın rəqibi "Mançester Yunayted" və "Real Madrid"in sabiq hücumçusunu transfer edib - VİDEO

"Qarabağ"ın rəqibi "Mançester Yunayted" və "Real Madrid"in sabiq hücumçusunu transfer edib - VİDEO UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubu Meksika yığmasının futbolçusu Xavyer Hernandesin keçidini həll edib.
Futbol
163
2 Sentyabr , 2019 10:15
Qarabağın rəqibi Mançester Yunayted və Real Madridin sabiq hücumçusunu transfer edib - VİDEO

UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan İspaniyanın “Sevilya” klubu Meksika yığmasının futbolçusu Xavyer Hernandesin keçidini həll edib.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Andalusiya təmsilçisinin düşərgəsinə gəlib. “Çiçarito” ləqəbli forvardın səhhətində heç bir problem aşkarlanmayacağı təqdirdə, “Sevilya” onun məxsus olduğu İngiltərənin “Vest Hem” klubuna 9 milyon avro ödəyəcək.

“Vest Hem” Hernandesi 2017-ci ildə Almaniyanın “Bayer” klubundan 17,8 milyon avroya alıb. Onun klubu ilə 2020-ci ilin iyulunadək müqaviləsi var.

Meksikalı forvar karyerası ərzində İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Real Madrid” klublarının da formasını geyinib.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda “Sevilya”ya qarşı keçirəcək. 

Son xəbərlər

Orphus sistemi