"Qarabağ"ın rəqibi "Liverpul"un qapıçısını alır

"Qarabağ"ın rəqibi "Liverpul"un qapıçısını alır UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsveçrə "Bazel"i heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.
Futbol
23 Sentyabr , 2021 09:44
Qarabağın rəqibi Liverpulun qapıçısını alır
Loris Karius

UEFA Konfrans Liqasının H qrupunda "Qarabağ"ın rəqiblərindən olan İsveçrə "Bazel"i heyətini yeni qapıçı ilə gücləndirmək istəyir.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, klub İngiltərə "Liverpul"unda çıxış edən Loris Kariusu transfer etmək niyyətindədir.

"Bazel"in 28 yaşlı qolkiperlə qışda müqavilə imzalayacağı iddia olunur.

Karius 2020/2021 mövsümündə icarə əsasında Almaniyanın "Union Berlin" klubunun formasını geyinib.

Qeyd edək ki, Konfrans Liqasının I turunda Bakı Olimpiya Stadionunda oynanılmış "Qarabağ" - "Bazel" matçı qolsuz heç-heçə ilə başa çatıb. VI turda komandalar arasında keçiriləcək görüş dekabrın 9-da olacaq.

Son xəbərlər

Orphus sistemi