"Qarabağ"ın rəqibi liderliyə yüksəldi

"Qarabağ"ın rəqibi liderliyə yüksəldi "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" klubu İspaniya La Liqasında V tur matçına çıxıb.
Futbol
3 Oktyabr , 2020 21:02
Qarabağın rəqibi liderliyə yüksəldi

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" klubu İspaniya La Liqasında V tur matçına çıxıb.

"Report" xəbər verir ki, Unay Emerinin baş məşqçi olduğu kollektiv "Atletiko"nun qonağı olub. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu nəticədən sonra xalını 8-ə çatdıran "Vilyarreal" liderliyə yüksəlib. 

Qeyd edək ki, "Qarabağ" “Vilyarreal”la ilk oyununu oktyabrın 29-da evdə, təkrar qarşılaşmasını isə dekabrın 10-da səfərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi