"Qarabağ"ın rəqibi ilə oyundan sonra 3 futbolçuda koronavirus çıxdı

"Qarabağ"ın rəqibi ilə oyundan sonra 3 futbolçuda koronavirus çıxdı Avstriyanın "Zaltsburq" komandasının 3 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb.
Futbol
4 Oktyabr , 2020 12:52
Qarabağın rəqibi ilə oyundan sonra 3 futbolçuda koronavirus çıxdı

Avstriyanın "Zaltsburq" komandasının 3 futbolçusunda koronavirusa yoluxma halı qeydə alınıb. 

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, həmin oyunçuların İsraildə "Makkabi" (Təl-Əviv) klubu ilə Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra (3:1) COVID-19 testləri müsbət çıxıb.

Adları açıqlanmayan futbolçular özlərini təcrid ediblər. Qalanları isə komanda şəklində karantinə riayət edirlər və yalnız evdən məşq bazasına gedib-gələ bilərlər. Klubda yoxlamaların tezliyinin artırılacağı da vurğulanıb. 

Qeyd edək ki, "Makkabi" Avropa Liqasının I qrupunda "Qarabağ"ın rəqiblərindən biridir. Azərbaycan təmsilçisi qrupda ilk oyununu oktyabrın 22-də səfərdə məhz israillilərə qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Bu komandalar Bakıda dekabrın 3-də üz-üzə gələcəklər.

Son xəbərlər

Orphus sistemi