"Qarabağ"ın rəqibi hücumçusunu Argentina klubuna satıb

"Qarabağ"ın rəqibi hücumçusunu Argentina klubuna satıb "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə vidalaşıb.
Futbol
21 Yanvar , 2022 23:07
Qarabağın rəqibi hücumçusunu Argentina klubuna satıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhəəsindəki rəqibi olan Fransa "Marsel"i futbolçusu Dario Benedetto ilə vidalaşıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı hücumçu ölkəsinin "Boka Xuniors" komandasına qayıdıb.

2016 - 2019-cu illərdə bu kollektivin formasını geyinmiş 32 yaşlı forvard daha sonra 14 milyon avro qarşılığında Liqa 1 təmsilçisinə transfer olub. "Marsel"in heyətində 71 oyunda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, cari mövsümün ilk hissəsini icarə əsasında İspaniya "Elçe"sində keçirib.

Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi