“Qarabağ”ın rəqibi futbolçusu ilə yeni müqavilə bağlayır
Futbol
- 26 sentyabr, 2017
- 12:14
Bakı. 26 sentyabr. REPORT.AZ/ Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan İtaliyanın “Roma” komandası futbolçusu Kostas Manolasla yeni müqavilə bağlayacaq.
“Report” “Corriere dello Sport”a istinadən xəbər verir ki, oktyabrda 2018-ci il dünya çempionatının seçmə qrup matçları zamanı yaranacaq fasilədə 26 yaşlı mərkəz müdafiəçisinin sözləşməsi 2022-ci ilin iyununadək uzadılacaq. Yeni anlaşmaya əsasən, Manolasın illik maaşı 3 milyon avro təşkil edəcək. Onun sərbəst qalma dəyərinin isə 30 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Kostas Manolas 2014-cü ildə Yunanıstan “Olimpiakos”undan 13 milyon avro qarşılığında “Roma”ya keçib. Onun mövcud müqaviləsi 2019-cu il iyunun 30-dək nəzərdə tutulub.
Son xəbərlər
01:23
"Brent" markalı neftin qiyməti ötən ilin dekabrından ilk dəfə 64 dolları keçib
Energetika01:09
Almaniya kansleri İranda etirazların yatırılmasını amansız adlandırıb
Digər ölkələr00:46
ABŞ Konqresinə Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi təqdim edilib
Digər ölkələr00:14
Pezeşkian dəstək aksiyasına qatılanlara təşəkkür edib
Region23:50
ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək
Digər ölkələr23:38
Ağ Ev: İran ABŞ nümayəndələri ilə əlaqə saxlayıb
Digər ölkələr23:38
Makron İranda etirazçılara qarşı zorakılığı pisləyib
Digər ölkələr23:24
Zelenski: Rusiya Ukraynaya yeni kütləvi hücumlara hazırlaşır
Digər ölkələr23:13