"Qarabağ"ın rəqibi dəyişib

"Qarabağ"ın rəqibi dəyişib "Qarabağ" komandasının yoxlama oyunlarının proqramında dəyişiklik edilib.
Futbol
24 Yanvar , 2022 15:46
Qarabağın rəqibi dəyişib

"Qarabağ" komandasının Türkiyənin Antalya şəhərindəki yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

"Report" Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 25-də Slovakiya "Tatran"ı ilə matç baş tutmayacaq.

Buna səbəb rəqibin Antalya toplanışına getməməsidir. Köhlən atlar buna görə Çexiyanın "Bohemians" klubu ilə üz-üzə gələcək.

Həmin gün digər qarşılaşma isə Polşanın "Visla" (Krakov) klubuna qarşı olacaq. Oyunlar müvafiq olaraq Bakı vaxtı ilə saat 12:00 və 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi