"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi Lüksemburq "Düdelanj"ı baş məşqçisi Emilio Ferrera ilə yollarını ayırıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı belçikalı mütəxəssis rəhbərlik etdiyi kollektivin ölkə çempionatında uğursuz çıxış etməsinə görə postundan uzaqlaşdırılıb. Komanda müvəqqəti olaraq köməkçi-məşqçi Bertran Krassona həvalə olunub.
Cari çempionatda 5 oyun keçirən "Düdelanj" 4 xalla 14 komanda arasında 12-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsində “Düdelanj”la ilk matçını oktyabrın 3-də səfərdə, dekabrın 12-də isə evdə keçirəcək.