"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək?

"Qarabağ"ın rəqibi Bakıya nə vaxt gələcək? UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.
Futbol
773
10 Avqust , 2020 18:30
Qarabağın rəqibi Bakıya nə vaxt gələcək?

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali Makedoniyanın "Sileks" klubunun Bakıya gələcəyi tarix müəyyənləşib.

"Report" "Sportmedia" nəşrinə istinadən xəbər verir ki, Kratovo təmsilçisi Azərbaycan paytaxtına avqustun 17-də səhər saatlarında çarter reysi ilə uçacaq.

Həmin gün matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi məşqə çıxacaq komanda qarşılaşmadan dərhal sonra isə Şimali Makedoniyaya qayıdacaq.

Qeyd edək ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.

Orphus sistemi