"Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir

"Qarabağ"ın rəqibi Bakıya ciddi itkilərlə gəlir UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsrail "Aşdod"u Bakıya ciddi itkilərlə gələcək.
Futbol
17 İyul , 2021 16:55
Qarabağın rəqibi Bakıya ciddi itkilərlə gəlir

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan İsrail "Aşdod"u Bakıya ciddi itkilərlə gələcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, Ağdam klubu ilə oyun öncəsi komandanın 3 aparıcı futbolçusu sıradan çıxıb.

Uqandalı müdafiəçi Timoti Avanidən sonra onun həmyerlisi olan hücumçu Fahad Bayo və hücumameylli yarımmüdafiəçi Məhəmməd Kanaan da zədələnib. Birincinin "köhlən atlar"a qarşı oynamayacağı dəqiqdir. Digər iki oyunçunun meydana çıxıb-çıxmayacağı isə sual altındadır.

Qeyd edək ki, "Aşdod" komandası iyulun 20-da Bakıya gələcək. Komandalar arasında oyun isə 2 gün sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi