"Qarabağ"ın rəqibi azarkeş problemi ilə üzləşib

"Qarabağ"ın rəqibi azarkeş problemi ilə üzləşib Bakı. 23 oktyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna Vorsklasının sonuncu ev matçı klubun Premyer Liqa tarixində doğma meydanda ən az azarkeşin qeydə alındığı üçüncü oyunu olub.
Futbol
23 Oktyabr , 2018 13:45
Qarabağın rəqibi azarkeş problemi ilə üzləşib

Bakı. 23 oktyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Ukrayna "Vorskla"sının sonuncu ev matçı klubun Premyer Liqa tarixində doğma meydanda ən az azarkeşin qeydə alındığı üçüncü oyunu olub. 

"Report" xəbər verir ki, Poltova təmsilçisinin XII turda Kiyev "Dinamo"suna 0:1 hesabı ilə uduzduğu qarşılaşmanı stadiondan 6700 azarkeş izləyib. 

Komandanın bundan öncəçi göstəriciləri 2014-cü ilin noyabrda 3500 və 2016-cı ilin dekabrında 1200 olub. Hər iki görüşdə hava şəraiti fanatların az olmasına təsir edib. İlk matç mənfi 6 dərəcədə oynanılıb. 2016-cı ildəki qarşılaşma isə intensiv qar yağışı ilə müşayət olunub. 

Qeyd edək ki, "Vorskla" Ukrayna Premyer Liqasında 12 turdan sonra 18 xalla IV pillədə qərarlaşıb. Oktyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" görüşü saat 20:55-də başlayacaq. 

Son xəbərlər

Orphus sistemi