"Qarabağ"ın rəqibi "Ayaks"ın futbolçusunu alır

"Qarabağ"ın rəqibi "Ayaks"ın futbolçusunu alır Niderlandın "Ayaks" klubunun futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirə bilər.
Futbol
14 Yanvar , 2022 09:02
Qarabağın rəqibi Ayaksın futbolçusunu alır
Nikolas Talyafiko

Niderlandın "Ayaks" klubunun futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirə bilər.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan "Marsel" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.

Fransa təmsilçisi argentinalı oyunçunu satın alma öhdəliyi ilə mövsümün sonunadək icarəyə götürmək niyyətindədir. Artıq Amsterdam klubuna Talyafiko ilə bağlı rəsmi təklif də edilib.

Qeyd edək ki, Nikolas Talyafiko 2021/2022 mövsümündə 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.

Son xəbərlər

Orphus sistemi