"Qarabağ"ın rekordçusu 450-ci oyununu keçirdi

"Qarabağ"ın rekordçusu 450-ci oyununu keçirdi Azərbaycan millisinin futbolçusu Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib.
Futbol
182
21 Dekabr , 2020 11:58
Qarabağın rekordçusu 450-ci oyununu keçirdi
Maksim Medvedev

Azərbaycan millisinin futbolçusu Maksim Medvedev “Qarabağ”da 450-ci oyununu keçirib.

"Report" xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XII turuna təsadüf edib. “Qəbələ” ilə səfər matçına (1:1) qədər Ağdam klubunda 449 görüşə çıxan 31 yaşlı müdafiəçi yubiley oyununda start heyətində yer alıb.

Karyerası ərzində yalnız bir klubda çıxış edən və oyun sayında “Qarabağ”ın rekordçusu olan Maksim 450 qarşılaşmada 13 qol vurub.

O, ölkə çempionatında 309 (10 qol), ölkə kubokunda 40 (1 qol), avrokuboklarda 101 (2 qol) matç keçirib.

Qeyd edək ki, “Qarabağ”ın kapitanı klubun əsas heyətində 2006/07 mövsümündə debüt edib.

Son xəbərlər

Orphus sistemi