"Qarabağ"ın qapıçısı: "Sportinq"ə qalib gəlsək, qrupda böyük addım atacağıq"

"Qarabağ"ın qapıçısı: "Sportinq"ə qalib gəlsək, qrupda böyük addım atacağıq" Bakı. 28 noyabr. REPORT.AZ/ Bu, bizim üçün çox önəmli oyundur. Qalib gəlsək, növbəti mərhələ şansımızı saxlamış olacağıq. Belə möhtəşəm stadionda oynamaq xoşdur.
Futbol
28 Noyabr , 2018 14:58
Qarabağın qapıçısı: Sportinqə qalib gəlsək, qrupda böyük addım atacağıq
Hannes Halldorsson / Report / Firi Salim
0 : 00
0 : 00

Bakı. 28 noyabr. REPORT.AZ/ "Bu, bizim üçün çox önəmli oyundur. Qalib gəlsək, növbəti mərhələ şansımızı saxlamış olacağıq. Belə möhtəşəm stadionda oynamaq xoşdur".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Hannes Halldorsson Portuqaliya "Sportinq"i ilə keçirəcəkləri Avropa Liqasının V tur matçından əvvəl mətbuat konfransında deyib. 34 yaşlı qolkiper bildirib ki, komandasının qrupdan çıxması mümkündür: "Futbolda hər şey baş verir. Qələbə qazansaq, böyük addım atmış olacağıq. Qarşıda iki matç var. Yəni, şansımız da var". 

İslandiyalı oyunçu "Sportinq"lə qarşılaşmanın qəhrəmanı ola bilərsinizmi?" sualını isə belə cavablandırıb: "Qəhrəman olmaq üçün ilk növbədə, məşqlərdə çalışmalısan. Əsas odur ki, öz işini doğru görəsən, nəticə müsbət olsun. Qəhrəman olmaq barədə düşünmürəm. Bunun fərqi yoxdur".

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" oyunu saat 21:55-də başlayacaq.  

Son xəbərlər

Orphus sistemi