"Qarabağ"ın qapıçısı Qazaxıstan klubuna keçə bilər
Futbol
- 24 dekabr, 2021
- 06:31
Azərbaycan millisinin və "Qarabağ" klubunun qapıçısı Emil Balayev karyerasını yenidən Qazaxıstanda davam etdirə bilər.
"Report" "Meta-ratings" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı qolkiperlə "Aktobe" klubu maraqlanır.
Klub artıq oyunçuya təklif də göndərib. Balayevin Qazaxıstan çempionatına qayıtmağa hazır olduğu bildirilib.
Ancaq "Aktobe" təcrübəli qapıçını çox gözləməyəcək. Balayevin mümkün keçidinə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin uzun müddət sıradan çıxması mane olur. Bu səbəbdən, "Aktobe" başqa namizədlərə yönələ bilər. Qazaxıstan təmsilçisi vəziyyətin inkişafını izləyəcək və paralel olaraq digər qapıçılarla danışıqlar aparacaq.
Qeyd edək ki, Emil Balayev 2019-cu ildə Qazaxıstanda "Tobol"un formasını geyinib.
Son xəbərlər
02:53
İsraildə avtobus hərbi çağırışa etiraz edən insanların üzərinə sürülüb
Digər ölkələr02:30
KİV: Rubio Konqresdə bildirib ki, Vaşinqtonun hədəfi Qrenlandiyanı satın almaqdır - YENİLƏNİB
Digər ölkələr02:13
Danimarka və Qrenlandiya hökumətləri ABŞ Dövlət katibi ilə görüş tələb edib
Digər ölkələr01:17
Fidan: Rusiya-Ukrayna savaşında davamlı sülhün əldə edilməsinə çox yaxınıq
Region00:54
Merts: Avropanın əsas məqsədi Ukraynada tezliklə atəşkəsin əldə edilməsidir
Digər ölkələr00:41
BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisinin kimliyi bəlli olub – EKSKLÜZİV
Xarici siyasət00:18
Video
Qərbi Azərbaycan Xronikası: Türk yurdu necə Vernaşen, Barsravan, Ardzvaşen, Akunk oldu?
Daxili siyasət00:00
Bu gün dünya pravoslavları Milad bayramını qeyd edir
Din23:56