"Qarabağ"ın qapıçısı Bosniya və Herseqovina milli komandasına dəvət alıb

Futbol
  • 16 mart, 2017
  • 12:44
Qarabağın qapıçısı Bosniya və Herseqovina milli komandasına dəvət alıb

Bakı. 16 mart. REPORT.AZ/ "Qarabağ"ın qapıçısı İbrahim Şehiç yenidən futbol üzrə Bosniya və Herseqovina milli komandasına dəvət alıb. "Report"un məlumatına görə, yığmanın martın 25-də Cəbəllütariqə qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına çağırılan oyunçular arasında 29 yaşlı qolkiper də yer alıb.

O, ümumilikdə 28 nəfərlik siyahıdakı 3 qapıçı arasındadır. Digər "çərçivə" qoruyuçuları İngiltərənin "Çelsi" komandasından Asmir Beqoviçlə yerli "Zrinski"də çıxış edən Kenan Piriçdir.

Qeyd edək ki, Bosniya və Herseqovina - Cəbəllütariq matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.