"Qarabağ"ın potensial rəqiblərinin sayı 7-yə endi

"Qarabağ"ın potensial rəqiblərinin sayı 7-yə endi "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib.
Futbol
729
10 Avqust , 2020 00:13
Qarabağın potensial rəqiblərinin sayı 7-yə endi

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayında azalma baş verib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Makedoniyanın "Sileks" komandasını keçəcəyi təqdirdə, 7 komandadan biri ilə üz-üzə gələcək. Bunlar Danimarkanın "Midtüllann" klubu, eləcə də "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq), "Konnas Ki" (Uels) - "Sarayevo" (Bosniya və Herseqovina) və "Dinamo" (Tbilisi, Gürcüstan) - "Tirana" (Albaniya) cütlərinin qaliblərindən biri olacaq. 

"Qarabağ" səpələnmişlər səbətində yer alacağından, daha aşağı reytinqlilərdən ibarət səpələnmişlər səbətindəki komandaya rəqib olacaq. 

Qeyd edək ki, avqustun 10-da keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.
    

Son xəbərlər

Orphus sistemi