Püşkatma: "Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi

Püşkatma: "Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi "Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.
Futbol
2411
9 Avqust , 2020 00:03
Püşkatma: Qarabağın potensial rəqiblərinin sayı 4-ə endi

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib. 

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq. Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək.

Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbətində 4-cü qrupda olacaq. Bu qrupda "Astana" (Qazaxıstan), "Makkabi" (Təl-Əviv, İsrail) və "Dinamo" (Tbilisi, Gürcüstan) da qərarlaşıb. 

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.  

Orphus sistemi