UEFA "Qarabağ"ın qarşılaşa biləcəyi komandaları açıqladı

UEFA "Qarabağ"ın qarşılaşa biləcəyi komandaları açıqladı Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində potensial rəqiblərinin sayı azalıb.
Futbol
18 Sentyabr , 2020 10:34
UEFA Qarabağın qarşılaşa biləcəyi komandaları açıqladı

Azərbaycan çempionu "Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb. 

"Report" xəbər verir ki, UEFA püşkatmadan öncə komandaları qruplara bölüb.

Üçüncü qrupda yer alan Ağdam təmsilçisi “Şerif” (Moldova) / “Dandolk” (Şimali İrlandiya), “Klaksvik” (Farer adaları) / “Dinamo” (Tbilisi, Gürcüstan) və “Legiya” (Polşa) / “Drita” (Kosovo) cütündən birinə rəqib olacaq. 

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq. III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"sinə penaltilər seriyasında uduzduğu üçün mübarizəyə Avropa Liqasında davam edir. 

Son xəbərlər

Orphus sistemi