"Qarabağ"ın potensial rəqibinin baş məşqçisi dəyişdi

"Qarabağ"ın potensial rəqibinin baş məşqçisi dəyişdi "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Polşa "Legiya"sının baş məşqçi dəyişikliyi olub.
Futbol
22 Sentyabr , 2020 11:33
Qarabağın potensial rəqibinin baş məşqçisi dəyişdi

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi Polşa "Legiya"sında baş məşqçi dəyişikliyi olub. 

"Report" Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda serbiyalı baş məşqçi Aleksandr Vukoviçlə yollarını ayırıb. 

Onun əvəzinə bu postda Polşanın U-21 yığmasının baş məşqçisi Çeslav Mixneviç gətirilib. O, müqaviləsinin bitəcəyi noyabradək yığmadakı vəzifəsində də qalacaq. 

Qeyd edək ki, Çeslav Mixneviç 2017-ci ilin iyulunda U-21 komandasının baş məşqçisi təyin edilib. 50 yaşlı mütəxəssisin rəhbərliyi altında həmin il komanda Polşa millisi pley-offda Portuqaliyaya qalib gəlib və 1994-cü ildən sonra ilk dəfə Avropa çempionatına vəsiqə qazanmağa müvəffəq olub.

Son xəbərlər

Orphus sistemi