"Qarabağ"ın oyununun hakimləri koronavirusa görə dəyişdirilib
Futbol
- 06 noyabr, 2020
- 11:34
UEFA Avropa Liqasında I qrupunun III turunda Türkiyə "Sivasspor"u ilə "Qarabağ" arasında keçirilmiş oyunun hakimlərinin dəyişdirilməsinin əsl səbəbi müəyyənləşib.
"Report" xəbər verir ki, daha əvvəl UEFA-nın matça təyin etdiyi portuqaliyalı referi Joau Pineyruda koronavirus aşkarlandığı üçün qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub. Məlumatı Portuqaliya Futbol Federasiyasının rəsmi saytı yayıb.
Pineyru ilə yanaşı, yan xətt hakimləri Tyaqu Joze Pereyra Koşta və Pedru Ribeyru da müvafiq olaraq, isveçrəli həmkarları ilə əvəzləniblər. Oyunun 4-cü hakimi Yanku Yoan Vasilitsa isə dəyişdirilməyib.
Qeyd edək ki, "Qarabağ"ın 0:2 hesabı ilə uduzduğu matçı Sandro Şörerin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Son xəbərlər
03:33
Bəqai: İran Fars körfəzi dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verir
Region03:07
ABŞ İranı blokadaya almasından sonra 37 gəminin istiqamətini dəyişib
Digər ölkələr02:40
"Mançester Siti" İngiltərə Kubokunun finalına çıxıb
Futbol02:22
İsrailin Baş naziri Livanda "Hizbullah"ın hədəflərinə güclü zərbə endirməyi əmr edib
Digər ölkələr01:57
Hakan Fidan iranlı və pakistanlı həmkarları ilə telefonla danışıb
Region01:33
İngiltərə Premyer Liqası: "Tottenhem" "Vulverhempton"u məğlub edib
Futbol01:24
"Xatəm əl-Ənbiya": İran Hörmüz boğazına nəzarəti davam etdirir
Region01:01
Mali Silahlı Qüvvələri ordu mövqelərinə hücum edən 80 yaraqlını məhv edib
Digər ölkələr00:41