“Qarabağ”ın norveçli futbolçusu: “Güclü qrupda yer almışıq”

“Qarabağ”ın norveçli futbolçusu: “Güclü qrupda yer almışıq” “Bu rəqabət komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək”
Futbol
7 Sentyabr , 2017 16:55
“Qarabağ”ın norveçli futbolçusu: “Güclü qrupda yer almışıq”

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Azərbaycanın ən güclü komandasına gəldiyim üçün xoşbəxtəm. Təklif gələndə təəccüblənmədim. “Qarabağ” “Rusenborq”u məğlub etdiyi vaxtdan yadımda qalmışdı”.

“Report” xəbər verir ki, bunu icarə əsasında Yunanıstan “Olimpiakos”undan “Qarabağ”a keçən Norveç yığmasının futbolçusu Tarik Elyunussi deyib.

Klubun rəsmi saytına açıqlama verən 29 yaşlı yarımmüdafiəçi bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsində uğurla çıxış etməsi üçün əlindən gələni edəcək. O, komandadakı rəqabətin və keyfiyyətin artmasına kömək edəcəyini söyləyib: “Qarabağ”ın gücü bəllidir, bu mövsüm Azərbaycan futbol tarixində ilk dəfə ÇL-in qrupunda mübarizə aparacaq. Güclü qrupda yer almışıq. Buna baxmayaraq, əlimizdən gələni edəcəyik ki, “Qarabağ”ı layiqincə təmsil edək. Buna da inanıram. Komandanın son günlərdə hücumameylli futbolçular transfer etdiyini bilirəm. Bu rəqabət komandanın xeyrinə olacaq, keyfiyyətin artmasına kömək edəcək. Mən də “Qarabağ”ın uğur qazanmasını üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”

Qeyd edək ki, Tarik Elyunussi futbolçu karyerasına Norveçin “Fredrikştad” klubunda başlayıb, daha sonra Hollandiyanın “Hereneven”, Norveçin “Lillström” və “Rusenburq”, Almaniyanın “Hoffenhaym” kimi klublarında çıxış edib. Ötən ilin yayında isə futbolçu “Olimpiakos” klubuna transfer olunub. Norveç milli komandası ilə 43 oyuna çıxan yarımmüdafiəçi 9 qolla yadda qalıb.

Son xəbərlər

Orphus sistemi