"Qarabağ"ın müdafiəçisi zədələnib

Futbol
  • 17 avqust, 2023
  • 17:18
Qarabağın müdafiəçisi zədələnib

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib.

"Report"un məlumatına görə, 26 yaşlı müdafiəçi Finlandiya HİK-inə qarşı UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

İkinci hissədə onun yerinə meydana Bədavi Hüseynov daxil olub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1. Bakıdakı ilk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.