"Qarabağ"ın matçı təxirə salındı

"Qarabağ"ın matçı təxirə salındı AFFA Peşəkar Futbol Liqasına müraciət edərək yığmanın Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqanın 5-ci turunun “Qarabağ” – “Səbail” oyunun təxirə salınmasını istəyib.
Futbol
29 Sentyabr , 2020 14:35
Qarabağın matçı təxirə salındı

AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqada V turun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb. 

Əmrə əsasən, çempionat matçı təxirə salınıb. Görüş sentyabrın 4-də keçirilməli idi. 

Qeyd edək ki, Azərbaycan yığması oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi