"Qarabağ"ın legioneri: "Yaxşı nəticəyə köklənmişik"

"Qarabağ"ın legioneri: "Yaxşı nəticəyə köklənmişik" "Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik".
Futbol
20 Oktyabr , 2021 12:23
Qarabağın legioneri: Yaxşı nəticəyə köklənmişik
Abdulla Zubir

"Bizim üçün önəmli oyundur. Matça hazır olduğumuzu düşünürəm. Qrupa yaxşı başlamışıq. Evdə nəticə qazanmaq istəyirik. Rəqib yaxşı kollektivdir, amma istənilən halda doğma meydanda oynayırıq və yaxşı nəticəyə köklənmişik".

"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Abdulla Zubir Qazaxıstanın "Kayrat" klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

Fransalı oyunçu bu turnirin başqa səviyyədə olduğunu bildirib: "Hər oyunda effektiv olmağa çalışıram. Sabah da belə olacaq. Çalışacağam ki, komandaya kömək edim. Əlimdən gələni edirəm ki, komandaya xeyirim dəysin".

Zubir təsnifat mərhələsində meydanın ot örtüyünün yaxşı vəziyyətdə olmadığını sözlərinə əlavə edib: "Amma burada oyunumuzdan daha çox məmnunuq. Çünki azarkeşlər stadiona daha yaxındır".

Qeyd edək ki, oktyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" oyunu saat 20:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi