"Qarabağ"ın legioneri: "Klubun hədəfi Avropada çıxış etməkdir"

"Qarabağ"ın legioneri: "Klubun hədəfi Avropada çıxış etməkdir" "Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı".
Futbol
370
19 Avqust , 2020 16:57
Qarabağın legioneri: Klubun hədəfi Avropada çıxış etməkdir
Xayme Romero

"Bu, əla qol idi. Çünki müdafiəçini geridə qoyub qapıçı ilə təkbətək epizoddan maksimum yararlandım. Ozobiçin ötürməsi də çox yaxşı alındı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Xayme Romero AS nəşrinə açıqlamasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin Makedoniya "Sileks"i ilə oyununda (4:0) rəqibin qapısına vurduğu qol barədə danışarkən deyib.

Matçın 11-ci dəqiqəsində hesabı açan 30 yaşlı vinger belə bir klubda çıxış etdiyi üçün özünü xoşbəxt saydığını bildirib: "Burada hər şey çox yaxşıdır. Şəhər, rahatlıq, bir sözlə, vəziyyət məni qane edir. Ötən mövsüm çempion olduq və UEFA Avropa Liqasında çıxış etdik. "Qarabağ"da özümü rahat hiss edirəm. Vacib hədəflər uğrunda mübarizə məni motivasiya edir".

"Qarabağ"ın Çempionlar Liqasında qrupa düşmək şanslarını dəyərləndirən Romero bildirib ki, bu, çox çətin olacaq: "Çünki növbəti mərhələlərdə güclü rəqiblər olur. Amma klubun hədəfi Avropada çıxış etməkdir. Çempionlar Liqasına düşə bilməsək, Avropa Liqasında ötən ilki nəticəni təkrarlamağa çalışacağıq".

Keçmiş komanda yoldaşları Dani Kintana və Miçel Maderadan söz açan futbolçu onlarla yaxşı vaxt keçirdiyini deyib: "Amma onlar məni burada tək qoydular. Xoşbəxtlikdən "Qarabağ"ın əvəzedici komandasında oynayan qardaşım Daniel mənimlə qalır".

Bu həftə Azərbaycan Premyer Liqasının start götürəcəyini xatırladan oyunçu bunun böyük məsuliyyət olduğunu vurğulayıb: "Əsas məqsəd rekordları yaxşılaşdırmaq və ötən mövsümkündən çox qol vurmaqdır".

Qeyd edək ki, Xayme Romero 2019-cu ilin yayından "Qarabağ"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi