"Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Xayme Romero klubun rəsmi saytına açıqlamasında yeni mövsümə hazılıq barədə danışarkən deyib.
İspaniyalı yarımmüdafiəçi UEFA Konfrans Liqasının yeni və maraqlı turnir olduğunu bildirib: "İlk dəfə keçiriləcək turnirdə yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik".
31 yaşlı oyunçu Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "Futbolçular çox həvəslidir. Mövsümün sonunda Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır".