"Qarabağ"ın legioneri: "İndi biz Mbappe ilə şəkil çəkdirmək istəyirik"

"Qarabağ"ın legioneri: "İndi biz Mbappe ilə şəkil çəkdirmək istəyirik" Güclü və çətin rəqibə qarşı oynadıq. Ümumiyyətlə, əvvəlcədən qələbə qazanacağımızı demək olmaz. Düzdür, ilk hissədə bir az fərqli oynadıq, qol imkanlarımız da var idi. Xeyli güc sərf etdiyimizdən, ikinci yarıda müdafiə olunduq. Onlar da bizim kimi qələbə qazanmaq istəyirdilər. Nəticə də bunu göstərir
Futbol
2 Noyabr , 2019 00:31
Qarabağın legioneri: İndi biz Mbappe ilə şəkil çəkdirmək istəyirik

"Güclü və çətin rəqibə qarşı oynadıq. Ümumiyyətlə, əvvəlcədən qələbə qazanacağımızı demək olmaz. Düzdür, ilk hissədə bir az fərqli oynadıq, qol imkanlarımız da var idi. Xeyli güc sərf etdiyimizdən, ikinci yarıda müdafiə olunduq. Onlar da bizim kimi qələbə qazanmaq istəyirdilər. Nəticə də bunu göstərir"

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Abdullah Zubir səfərdə "Neftçi" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının X tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi son 4 oyunda cəmi 1 qələbə qazanmalarında qeyri-adiliyin olmadığını söyləyib: "Heç bir şey baş verməyib. Biz ənənəvi oyunumuzu sərgiləməyə çalışırıq. Rəqiblərimizin asan olmadığını nəzərə almalısınız. Hər oyunu qələbə ilə bitirmək mümkün deyil".

Fransalı oyunçunun fikrincə, Kipr APOEL-inə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə daha yaxşı təsir bağışlayıb. O, sonradan Bakıda keçirilmiş həm cavab oyunu, həm də Avropa Liqasının qrup mərhələsinin III tur qarşılaşmasına rəqibin yaxşı hazırlaşdığını vurğulayıb: "Yəqin ki, mənim oyunumu tam analiz ediblər. Hər dəfə onlara qarşı mübarizə daha çətin olur. Çünki qapanırlar, boşluq vermirlər. Bu səbəbdən bizə də bacardığımızı göstərmək çətindir. Azarkeşlərin və ümumiyyətlə, ökənin bizdən gözləntilərini başa düşürük. Bilirik ki, taleyüklü, vacib oyundur. Amma komandamızda kifayət qədər təcrübəli futbolçular var. Bu cür oyunlarda çox çıxış etmişik. Ona görə də səfərdə yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik.

Zubir bir neçə gün öncə yayılan fotoda hazırda Fransa PSJ-sində çıxış edən Kilian Mbappenin yanaşı durduğunu söyləyib: "Bəli, həmin uşaq Mbappedir. Parisdə bir akademiya var. Ölkənin ən istedadlı uşaqları orada yığışırdı. O vaxt futbolçular da orada idi. Deyirdilər ki, biz millinin fanatıyıq. Soruşmuşdular ki, sizinlə şəkil çəkdirmək olar. İndi isə vəziyyət fərqlidir. Biz onunla şəkil çəkdirmək istəyirik (gülür). İndi Mbappe məni görsə, tanımaz. Çünki həmin vaxt onun 12-13 yaşı var idi".

Son xəbərlər

Orphus sistemi