"Qarabağ"ın legioneri: "Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir"

"Qarabağ"ın legioneri: "Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir" "Azarkeşlərin iştirakı ilə maraqlı və ağır oyun oldu. Bu cür ab-havada oynamaq hər zaman xoşdur".
Futbol
28 May , 2022 11:58
Qarabağın legioneri: Hədəfimiz Çempionlar Liqasında qrupa düşməkdir

"Azarkeşlərin iştirakı ilə maraqlı və ağır oyun oldu. Bu cür ab-havada oynamaq hər zaman xoşdur".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Filip Ozobiç Azərbaycan Kubokunun finalında "Zirə"yə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Xorvatiyalı yarımmüdafiəçi bildirib ki, penaltilər seriyasında istənilən komanda qalib gələ bilər: "Sadəcə, şans bizim tərəfimizdə idi".

Qarşıda komandasını UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunlarının gözlədiyini xatırladan 31 yaşlı oyunçu əsas hədəflərinin yenidən qrupa düşmək olduğunu söyləyib: "İlk növbədə yaxşı forma yığmaq üçün ciddi hazırlaşmalıyıq".

Ozobiç "Qarabağ"dan ayrılmayacağını vurğulayıb: "Müqaviləm davam edir. Bu səbəbdən də komandada qalacağam".

Azərbaycan milli komandasının üzvü UEFA Millətlər Liqasında yaxşı nəticələr qazanmaq istədiklərini əlavə edib.

Qeyd edək ki, final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan "Qarabağ" (4:3) titula sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi