"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"

"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik" "Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".
Futbol
7 sentyabr 2022 17:44
Qarabağın legioneri: Frayburqla oyunu böyük həvəslə gözləyirik

"Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".

"Report"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Marko Veşoviç "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.

31 yaşlı müdafiəçi rəqibi analiz etdiklərini bildirib: "Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik".

Monteneqrolu oyunçu kollektivdə ab-havanın yaxşı olduğunu söyləyib: "Rəqib Almaniyada birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq".

Qeyd edək ki, sentyabrın 8-də "Europa-Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi