"Həyatımda baş verənlərə görə Tanrıya minnətdaram".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Kadi Borges özünün şəxsi instaqram səhifəsində yazıb.
Kiprdə "Omoniya"ya 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının qrup oyununda dubl edən braziliyalı yarımmüdafiəçi bildirib ki, bu hissləri sözlə ifadə etmək mümkün deyil: "Belə anlar mənim qəlbimə həkk olunur. Çox gözəl komandamız və ailəmiz var".
Qeyd edək ki, Kadi Borges "Omoniya" ilə matçın 52 və 90+4-cü dəqiqələrində fərqlənib. Onun oyundakı ilk qolu II turun ən yaxşısı seçilib.