"Qarabağ"ın legioneri ağır xəstəlik keçirib

"Qarabağ"ın legioneri ağır xəstəlik keçirib Türkiyənin "Ankaragücü" klubunda icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.
Futbol
11 May , 2022 22:54
Qarabağın legioneri ağır xəstəlik keçirib

Türkiyənin "Ankaragücü" klubunda icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ağır xəstəlik keçirib.

"Report"un məlumatına görə, bu barədə paytaxt təmsilçisinin Futbol Şöbəsinin koordinatoru Emre Yıldız açıqlama verib.

Klub rəsmisi bildirib ki, qanalı hücumçu xəstəxanaya yerləşdirilib və 2 gün orada qalıb. 25 yaşlı forvard bu səbəbdən "Boluspor" və "Keçiörengücü" komandalarına qarşı I Liqa matçlarında iştirak edə bilməyəcək.

Qeyd edək ki, cari mövsümün əvvəlindən "Ankaragücü"ndə çıxış edən Ovusu Kvabena meydana çıxdığı 23 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi