Qurban Qurbanov "Qarabağ"la yubiley heç-heçəsi edib

Qurban Qurbanov "Qarabağ"la yubiley heç-heçəsi edib “Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib.
Futbol
27 Sentyabr , 2021 13:22
Qurban Qurbanov Qarabağla yubiley heç-heçəsi edib
Qurban Qurbanov

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib.

"Report" Peşəkar Furbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın V turuna təsadüf edib.

“Keşlə” ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb.

2008-ci ilin yayından Ağdam komandasına rəhbərlik edən 49 yaşlı mütəxəssis komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib.

Bu sülhlərdən 101-i Premyer Liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib.

Son xəbərlər

Orphus sistemi