"Qarabağ"ın kapitanı "Ferentsvaroş"la cavab oyununu da buraxacaq
Futbol
- 08 avqust, 2022
- 05:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın kapitanı Maksim Medvedev Macarıstanda "Ferentsvaroş"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
50 yaşlı mütəxəssis Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib. O, Türkiyəyə müalicəyə göndərilib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.
Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.
Son xəbərlər
14:32
R4 və Avrotroyka regional münaqişələrin diplomatik yolla həllinə çağırıb
Digər ölkələr
14:30
Sabah Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Ekologiya
14:23
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
Energetika
14:21
"Arsenal"ın futbolçusu Bukayo Saka altı həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol
14:13
Yaponiyada imperator ailəsi haqqında qanuna dəyişikliklər qüvvəyə minib
Maraqlı
13:51
Rumıniya və Türkiyə Qara dənizdə təhlükəsizliyi ortaq prioritet adlandırıb
Digər ölkələr
13:39
"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
Energetika
13:28
İordaniyada kilsədə baş verən terror aktı nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb
Digər ölkələr
13:20
Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb
Turizm