"Qarabağ"ın ispaniyalı futbolçuları "Sevilya" ilə keçirəcəkləri matç barədə danışıblar

"Qarabağ"ın ispaniyalı futbolçuları "Sevilya" ilə keçirəcəkləri matç barədə danışıblar Qarabağın ispaniyalı futbolçuları - Miçel Madeyra, Xayme Romero və Dani Kintana Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacaqları Sevilya ilə matç üçün ölkələrinin mətbuatına açıqlama veriblər.
Futbol
26 Noyabr , 2019 12:11
Qarabağın ispaniyalı futbolçuları Sevilya ilə keçirəcəkləri matç barədə danışıblar

"Qarabağ"ın ispaniyalı futbolçuları - Miçel Madeyra, Xayme Romero və Dani Kintana Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacaqları "Sevilya" ilə matç üçün ölkələrinin mətbuatına açıqlama veriblər.

"Report"un məlumatına görə, hər üç yarımmüdafiəçi "Sevilla.abc.es" saytına qarşılaşma ilə bağlı danışıb. Miçel rəqibin güclü olduğunu və qarşılaşmanın çətin keçəcəyini söyləyib: "Onlar öz meydanlarında rəqibi bağışlamır. Qrupumuzun digər matçında APOEL qələbə qazansa, biz məğlub olsaq, hər şey bitəcək. Ən azı bir xal üçün mübarizə aparmalıyıq. "Sevilya"nı hamı tanıyır. "Ramon Sançes Pisxuan"da oynadığım üçün şanslıyam. Burada həmişə xüsusi olur. Çox gözəl, inanılmaz stadiondur".

Xayme Romero da həmyerlisi kimi rəqibin gücündən söz açıb. O, Andalusiya təmsilçisinin əla kollektivinin olduğunu bildirib: "Onlar yüksək səviyyəli futbolçulara, geniş heyətə malikdirlər. İlk qarşılaşmanı Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı oynadıq və 0:3 hesabı ilə uduzduq. Sevilyada oynamaq mənim üçün xüsusidir. Ölkəmizdə oynamaq həmişə özəldir".

Digər ispan oyunçu Dani Kintana bu matçda xal qazanmalı olduqlarını diqqətə çatdırıb: "Çox çətin olacağını bilirik. Rəqib əla komandadır. Xulen Lopeteqinin gəlişi onlar üçün uğurlu olub. Onlar Avropa Liqasının favoritidirlər. "Sevilya" kimi komanda ilə oynayanda motivasiya fərqli olur. Həyəcanlıyıq. Son zamanlar yaxşı nəticələr qazana bilmirik. Avropa Liqası isə tamam başqa turnirdir".

Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi