"Qarabağ"ın iki futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb

"Qarabağ"ın iki futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb Qarabağın iki futbolçusu UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşüb.
Futbol
25 oktyabr 2019 08:29
Qarabağın iki futbolçusu Avropa Liqasında həftənin rəmzi komandasına düşüb

"Qarabağ"ın iki futbolçusu UEFA Avropa Liqasında həftənin rəmzi komandasına düşüb.

"Report" xəbər verir ki, Kipr APOEL-i ilə matçda Ağdam təmsilçisinin qollarının müəllifi olan ispaniyalı Dani Kintana və braziliyalı Ailton Silva "11-lik"də yer alıblar.

Qapıçı: Matvey Safonov ("Krasnodar", Rusiya)

Müdafiəçilər: Ailton Silva ("Qarabağ", Azərbaycan), Ouen Veyndal ("Alkmaar", Niderland), Artyom Şabanov ("Dinamo Kiyev, Ukrayna), Serxio Eskudero ("Sevilya", İspaniya)

Yarımmüdafiəçilər: Franko Vaskes ("Sevilya", İspaniya), Tyon Kopmeyners ("Alkmaar", Niderland), Dani Kintana ("Qarabağ", Azərbaycan)

Hücumçular: Ussama İdrissi ("Alkmaar", Niderland), Roman Yaremçuk ("Gent", Belçika), Nikolas Pepe ("Arsenal", İngiltərə)

Qeyd edək ki, Dani Kintana 13-cü dəqiqədə hesabı açdığı halda, Ailton 58-ci dəqiqədə bərabərlik qolunu vurub. Görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi