"Qarabağ"ın hücumçusu Türkiyə klubuna keçə bilər

"Qarabağ"ın hücumçusu Türkiyə klubuna keçə bilər "Qarabağ"ın futbolçusu İbrahima Vadji Türkiyənin "Kocaelispor" klubunun maraq dairəsinə düşüb. "Report"un "Kocaeli" qəzetinə istinadən məlumatına görə, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır.
Futbol
20 Yanvar , 2022 10:43
Qarabağın hücumçusu Türkiyə klubuna keçə bilər
İbrahima Vadji

"Qarabağ"ın futbolçusu İbrahima Vadji Türkiyənin "Kocaelispor" klubunun maraq dairəsinə düşüb.

"Report"un "Kocaeli" qəzetinə istinadən məlumatına görə, seneqallı hücumçunun icarəyə götürülməsi planlaşdırılır.

27 yaşlı forvardın hazırda Ağdam komandasında özünü xoşbəxt hiss etmədiyi və 4 mərkəz hücumçusu ilə rəqabət mühitində klubunu dəyişmək istədiyi bildirilir.

Qeyd olunur ki, Vadjinin adı bu mövsüm ərəfəsində də "Kocaelispor"un transfer gündəmində olub. Lakin həmin vaxt "Qarabağ" Norveçin "Högesunn" klubuna 600 000 avro ödəyərək, onu transfer edib. Təcrübəli hücumçu ilə 2024-cü ilədək müqavilə bağlanılıb.

"Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə isə "Report"a açıqlamasında bildirib ki, nəinki Vadji, klubun istənilən futbolçusu ilə bağlı heç bir yazılı və ya şifahi müraciət daxil olmayıb.

Xatırladaq ki, İbrahima Vadji 2016 - 2017-ci illərdə Türkiyədə "Qaziantep Büyükşehir"in formasını geyinib. O, cari mövsüm "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasında 9, UEFA Konfrans Liqasında 6 oyuna çıxıb və ümumilikdə 5 qol vurub.

Son xəbərlər

Orphus sistemi