"Qarabağ"ın hücumçusu: "Marsel"lə oyunda bütün gücümüzü ortaya qoyduq"

"Qarabağ"ın hücumçusu: "Marsel"lə oyunda bütün gücümüzü ortaya qoyduq" "Qarşılaşmada bütün gücümüzü ortaya qoyduq".
Futbol
28 fevral 2022 08:21
Qarabağın hücumçusu: Marsellə oyunda bütün gücümüzü ortaya qoyduq
Rüstəm Əhmədzadə

"Qarşılaşmada bütün gücümüzü ortaya qoyduq".

Bunu "Report"a açıqlamasında "Qarabağ"ın futbolçusu Rüstəm Əhmədzadə Bakıda Fransa "Marsel"inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

22 yaşlı hücumçu bildirib ki, böyük hesablı məğlubiyyətin səbəbini söyləmək çətindir: "Biz yaxşı oynadıq, hamımız çalışdıq və bütün gücümüzü ortaya qoyduq. Hər kəs mərhələ adlamaq istəyirdi. Bizim kimi, "Marsel" də meydana bu niyyətlə çıxmışdı. Lakin bu, idmandır. Bu dəfə onların daha çox bəxti gətirdi. Baxmayaraq ki, biz yaxşı və inamlı oyun sərgilədik. Mərhələni keçə bilməməyimiz daha çox işləməyimiz, daha böyük hədəfləri qarşımıza məqsəd qoymağımız üçün səbəb olmalıdır. Biz yenə işləyəcək və inkişaf etməyə, daha yaxşı nəticə göstərməyə çalışacağıq".

Qeyd edək ki, "Qarabağ" Fransadakı ilk görüşdə rəqibinə 1:3 hesabı ilə uduzub.

Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi