"Qarabağ"ın hücumçusu: "Daha güclü qayıdacağıq"

"Qarabağ"ın hücumçusu: "Daha güclü qayıdacağıq" "Qarabağ"ın futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına uduzduqları görüş barədə fikirlərini bölüşüb.
Futbol
30 Oktyabr , 2020 10:09
Qarabağın hücumçusu: Daha güclü qayıdacağıq
Ovusu Kvabena

"Qarabağ"ın futbolçusu Ovusu Kvabena Avropa Liqasının qrup mərhələsinin II turunda İspaniya "Vilyarreal"ına uduzduqları görüş barədə fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, 23 yaşlı hücumçu bu barədə "Instagram" hesabında paylaşım edib.

Ağdam təmsilçisinin yeganə qoluna imza atan qanalı forvard istədikləri nəticəni qazana bilmədiklərini yazıb: "İstədiyimiz nəticəni əldə edə bilmədiyimiz üçün məyusam. Avropa Liqası turnirində ilk dəfə qol vurduğum üçün xoşbəxtəm. Gələn həftə döyüşə davam edəcəyik və daha güclü qayıdacağıq".

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionundakı matç "Qarabağ"ın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirir. Ölkə çempionu III turda səfərdə "Sivasspor"la üz-üzə gələcək. Noyabrın 5-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi